Roma Papası ilk dəfə Bağdada getdi

Dünya

05.03.2021 - 17:08

Fransiskin İraqa tarixi səfəri başlayıb

 

Roma Papası Fransiskin İraqa tarixi səfər edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu, Vatikan başçısının Bağdada ilk səfəridir.

 

Papanı səfərdə 75 jurnalist, minlərlə təhlükəsizlik əməkdaşı müşaiət edir. Bağdad hava limanında Roma Papasını İraqın Baş naziri Mustafa Əl-Kazımi qarşılayıb.

 

Üçgünlük səfər zamanı Papa Fransisk Bağdad kilsəsini, Nəcəfdə və Mosulda məscidləri ziyarət edəcək, İraqın şiə və sünni dini liderləri ilə görüşlər keçirəcək.

 

Papa jurnalistlərə müsahibəsində çox məşəqqətlər görmüş İraq torpağına gəlişini əlamətdar hadisə adlandırıb.

 

Qeyd edək ki, bu, Papanın ötən ilin noyabrından sonra ilk xarici səfəridir.

Müəllif: Ayna.az