Nazir rus dilində olan sözün binanın fasadından sökülməsi qərarını simvolik jest adlandırıb
Martın 4-də Riqada Mərkəzi Dəmiryol Vağzalının binasının üzərində rus dilində olan “stansiya” sözü götürülüb. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Latviyanın Rabitə Nazirliyi məlumat yayıb.
Nazir Yanis Vitenberq bildirib ki, rus dilində olan yazı uzun illər praktiki məna daşımayıb: “Onun dəstəklədiyi yeganə şey paytaxtın tam mərkəzində sovet dövrünün ab-havası idi”.
Vitenberq rus dilində olan sözün binanın fasadından sökülməsi qərarını da simvolik jest adlandırıb.
İndi binanın üzərində yalnız latış və ingilis dillərində yazılar olacaq. Hazırda vağzalın ərazisində “Rail Baltica” layihəsi üzrə tikinti işləri davam edir. Ona görə də tezliklə vağzalın görünüşü tamamilə dəyişdiriləcək.