Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Xəbərlər

04.08.2024 - 17:08

cedabet dərman SEO Xidməti

Nəticələrin yaxın üç gün ərzində elan edilməsi nəzərdə tutulur

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. AYNA xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 59 imtahan rəhbəri, 76 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Məlumat üçün bildiririk ki, imtahanın ikinci mərhələsində iştirak etmək üçün 894 namizəd qeydiyyatdan keçib. Bakıda 864, Naxçıvan isə 30 namizədin imtahan verəcəyi gözlənilirdi.

Avqustun 5-dən etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın üç gün ərzində elan edilməsi nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş