"Reuters": Azərbaycan Qəzzaya sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır

Dünya

08.11.2025 - 12:04

“Biz əsgərlərimizi təhlükəyə atmaq istəmirik"

İsrail və HƏMAS arasında döyüşlər tamamilə dayanmayana qədər Azərbaycan Qəzzaya sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan hökumətindəki mənbə "Reuters" agentliyinə bildirib.

ABŞ Prezidenti Donald Trampın Qəzza üçün sülh planının bir hissəsi olaraq, ABŞ Azərbaycan, İndoneziya, BƏƏ, Misir, Qətər və Türkiyə ilə təxminən 20.000 əsgərdən ibarət Beynəlxalq Sabitləşdirmə Qüvvələrində (BSAQ) mümkün iştirakı ilə bağlı danışıqlar aparır.

“Biz əsgərlərimizi təhlükəyə atmaq istəmirik. Bu, yalnız hərbi əməliyyatların tamamilə dayandırılması halında baş verə bilər”, – deyə Azərbaycan mənbəsi bildirib.

Mənbə qeyd edib ki, belə bir qərarın parlamentin təsdiqini tələb edəcəyi gözlənilir. Parlament təhlükəsizlik komitəsinin rəhbəri bildirib ki, bu məsələ ilə bağlı hələlik heç bir qanun layihəsi təqdim edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş