“İran münaqişənin danışıqlar masası arxasında həll olunmasına tərəfdardır”
“İran Azərbaycan əsgərlərinin şəhid olmasından təəssüf hissi keçirir və onların yaxınlarına baş sağlığı verir”. AYNA bildirir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katıbi Abbas Müsəvi Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribata münasibət bildirərkən deyib.
O qeyd edib ki, İran münaqişənin danışıqlar masası arxasında beynəlxalq hüquqa uyğun şəkildə həll olunmasına tərəfdardır.
Müsəvi diqqətə çatdırıb ki, rəsmi Tehran sülhə nail olmaq üçün tərəflər arasında vasitəçilik etməyə hazırdır.