Rəsmi Tehran: “İran ölkənin ərazi bütövlüyünü ciddi şəkildə müdafiə etməyə hazırdır”

Dünya

05.01.2026 - 18:55

 "İran Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün qorunmasında heç bir güzəştə getməyəcək"

“İran Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün qorunmasında heç bir güzəştə getməyəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Beqai bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, İsrail Baş naziri Benyamin Netanyahu İran İslam Respublikasında baş verən etirazları dəstəklədiyini bildirib. Beqai bunu İranın milli birliyini pozmaq cəhdi kimi qiymətləndirib.

"İran Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün qorunmasında heç bir güzəştə getməyəcək", - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş