“Heç bir ölkə beynəlxalq polis və hakim rolunu öz üzərinə götürə bilməz”
“Heç bir ölkə beynəlxalq polis və hakim rolunu öz üzərinə götürə bilməz”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi ABŞ-ın Venesuelaya hücumunu şərh edərkən deyib.
Nazir bildirib ki, "biz heç bir ölkənin beynəlxalq polis qüvvəsi kimi çıxış edə biləcəyinə inanmırıq və heç bir ölkənin beynəlxalq hakim olduğunu iddia edə biləcəyi ilə razı deyilik".
Onun sözlərinə görə, “bütün dövlətlərin suverenliyi və təhlükəsizliyi beynəlxalq hüquqla tam təmin edilməlidir”.
Vanq Yi vurğulayıb ki, rəsmi Pekin beynəlxalq münasibətlərdə güc tətbiqinə və ya güc tətbiq etməklə hədə-qorxu gəlməsinə, eləcə də bir ölkənin iradəsini digərinə qəbul etdirməyə davamlı olaraq qarşı çıxır.