Rəsmi Pekin: “ABŞ-ın Rusiya ilə əməkdaşlığa görə sanksiyaları qəbuledilməzdir”

Dünya

20.02.2024 - 14:26

cedabet dərman SEO Xidməti

“Çin dünya ölkələri ilə əməkdaşlıq etmək hüququna malikdir”

“Pekin Rusiya ilə əməkdaşlığa görə ABŞ-ın Çin şirkətlərinə qarşı sanksiyalarını qəbuledilməz hesab edir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.

XİN rəsmisi Çinin dünya ölkələri ilə əməkdaşlıq etmək hüququna malik olduğunu vurğulayıb: “Biz həmişə beynəlxalq hüquqda heç bir əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilməyən birtərəfli sanksiyalara qarşı çıxmışıq”.

Mao Ninqin sözlərinə görə, Pekin Çin şirkətlərinin hüquq və maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək.

Qeyd edək ki, daha əvvəl ABŞ Nümayəndələr Palatasının üzvü Qerri Konolli bildirib ki, ABŞ Rusiya ilə əməkdaşlıq şübhələrinə görə Çini sanksiyalarla hədələyib. Konnolli əlavə edib ki, ABŞ-da müvafiq məsələnin müzakirəsi Aİ-də oxşar planlar barədə məlum olduqdan sonra başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş