Rəsmi Moskvadan “Taxıl sazişi” barədə açıqlama

Dünya

06.09.2023 - 16:13

cedabet dərman SEO Xidməti

“Rusiya yalnız tələblərini yerinə yetirdikdən sonra taxıl sazişinə qayıtmağa hazırdır”

Rəsmi Moskva “Taxıl sazişi” ilə bağlı perspektiv görmür. AYNA xəbər verir ki, bu barədə Rusiya Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında qeyd olunub.

Bildirilib ki, Qərbin Rusiyanın “Taxıl sazişi” ilə bağlı tələblərini yerinə yetirməsi perspektivi yoxdur.

“Rusiya tərəfi taxıl sövdələşməsinin bərpası imkanlarını nəzərdən keçirməyə hazır olduğunu təsdiqləyir. Ancaq kənd təsərrüfatı məhsulları və gübrələrlə məşğul olan Rusiya şirkətləri üzərindən sanksiyaların götürülməsi tələbləri tam yerinə yetirildikdən sonra”, - bəyanatda vurğulanıb.

“Aydındır ki, Qərb dövlətləri tərəfindən müvafiq addımlar üçün perspektivlər görünməsə də, hətta Kiyevdə onlar Rusiyaya qarşı daha sərt sanksiyalar axtarışında davam edəcəklərini bəyan edirlər”, - deyə əlavə olunub.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Rusiya xarici işlər naziri Sergey Lavrova “Taxıl sazişi”nin bərpası təklifləri ilə məktub göndərdiyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş