Rəsmi Moskva Ukrayna ilə bağlı Qərblə danışıqlar şərtini açıqlayıb

Dünya

27.08.2024 - 18:54

Həkimlər Klinikalar SEO Xidməti

Sergey Lavrov: “Ukrayna ilə bağlı danışıqlar üçün Qərb “Zelenski düsturlarından” imtina etməlidir”

“Əgər Qərb həqiqətən də Ukrayna ilə bağlı danışıqların aparılmasında maraqlıdırsa, o zaman “Zelenski düsturlarından” imtina edib səmimi söhbətə başlamalıdır”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər Qərb həqiqətən maraqlıdırsa, deməli, söhbət Ukrayna Prezidenti Volodimir Zelenskinin şərtlərindən getmir. Biz “Zelenski düsturu” adlanan heç bir kağız parçası olmadan sakit şəkildə münaqişənin həllini müzakirə etməyə başlamalıyıq”, - diplomat qeyd edib.

Lavrov əlavə edib ki, əgər Qərb Avropada “avropalıların özlərinin inildədiyi və əziyyət çəkdiyi” vəziyyəti normallaşdırmağa çalışırsa, o zaman danışıqlar masasına oturmaq lazımdır.

Bundan əvvəl Lavrov Ukraynanın Rusiyaya hücum etmək üçün “Storm Shadow” raketlərindən istifadəsinə icazə verilməsi tələblərini şantaj adlandırmışdı. XİN rəhbəri həmçinin qeyd edib ki, Qərb ölkələri Rusiya ilə münaqişənin “eskalasiyası ilə üz-üzədir” və bundan qaçmağa çalışmır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş