Rəsmi Moskva İsraili ABŞ-ın İraqı işğalını dəstəkləməkdə şübhəli bilir

Dünya

29.07.2024 - 15:09

Həkimlər Klinikalar SEO Xidməti

Zaxarova: “Ərdoğanı Səddam Hüseynlə müqayisə edərək, İsrail hakimiyyəti ABŞ-ın Yaxın Şərqə müdaxilə siyasətini dəstəkləyə bilər”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İraq lideri Səddam Hüseynlə müqayisə edərək, İsrail hakimiyyəti ABŞ-ın Yaxın Şərqə müdaxilə siyasətini dəstəkləməkdə şübhəli bilinir”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.

“İraqda Birləşmiş Ştatların təqsiri ilə baş verənlər Amerikanın xarici siyasətinin mütləq şərinin, onun cinayətkar mahiyyətinin və dağıdıcı oriyentasiyasının sinonimi oldu. İsrailli nazirin bu sözləri bu cür beynəlxalq fəaliyyətləri bəyənmək deməkdirmi? - diplomat qeyd edib.

Qeyd edək ki, İsrailin xarici işlər naziri İsrael Kats “X” sosial şəbəkəsində Qəzza münaqişəsi ilə bağlı Türkiyə liderinin tənqidinə cavab olaraq Ərdoğanı İraqın sabiq Prezidenti Səddam Hüseynlə müqayisə edib.

Öz növbəsində, Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun fələstinliləri soyqırımda ittiham edərək, nasist Almaniyasının lideri Adolf Hitlerin taleyini yaşayacağını bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş