Rəsmi Bakı Tehrana başsağlığı verib

Xəbərlər

20.05.2024 - 11:08

cedabet dərman SEO Xidməti

“Bu acı gündə Azərbaycan qardaş və dost İran İslam Respublikası ilə həmrəydir”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İran tərəfinə başsağlığı verib. AYNA xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

"Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslərin həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi. Faciəvi qəza zamanı bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu acı gündə Azərbaycan qardaş və dost İran İslam Respublikası ilə həmrəydir", - deyə XİN bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş