Rəsmi Astanadan nazirlərin Almatı görüşü barədə AÇIQLAMA

Xəbərlər

29.04.2024 - 16:11

“Azərbaycan-Ermənistan danışıqlarında Qazaxıstanın vasitəçiliyindən söhbət getmir”

“Almatıda keçiriləcək danışıqlar sırf olaraq Azərbaycan və Ermənistan arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir”. AYNA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smayidarov gözlənilən görüşün təfərrüatları barədə açıqlamasında deyib.

Bildirilib ki, Qazaxıstan xoşməramlı xidmətlər yəni danışıqlar üçün platforma təqdim edəcək: "Əgər bu iki ölkə sülhə gəlsə və bu, bizim ərazimizdə imzalansa, bunun bütün region üçün böyük müsbət təsiri olacaq".

Müəllif: Ayna.az