“Minsk Prosesinin ləğvi sülhün nizamlanmasında mühüm mərhələdir”
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk Prosesinin və əlaqədar strukturların bağlanması qərarını alqışlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə nazirliyin məlumatında qeyd edilib.
Bildirilib ki, iki ölkənin birgə səyləri ilə həyata keçirilən qərar Azərbaycan və Ermənistan arasında sülh prosesinin mühüm mərhələlərindən biridir.
Xatırladaq ki, sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesinin və əlaqədar strukturların bağlanması barədə qərar qəbul edib.