“Relax”ın işçisinin meyiti tapılıb

Hadisə

10.07.2021 - 00:31

Həkimlər Klinikalar SEO Xidməti

Lerikdə istirahət mərkəzində işçinin meyiti tapılıb

 

İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində “Relax” istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.

 

Lerik Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

 

Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.

 

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş