Rəisinin helikopterinin sərt eniş etdiyi yerdə 20-dən çox xilasetmə qrupu işləyir - FOTO

Dünya

19.05.2024 - 21:06

Həkimlər Klinikalar SEO Xidməti

İran Prezidentini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib, xilasetmə işləri davam edir

İran Prezidenti İbrahim Rəisi və onu müşayət edən şəxsləri daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb. AYNA xarici mediaya istinadən bildirir ki, qəza yerinin ətrafındakı kəndlərin sakinləri deyiblər ki, onlar bu ərazidən səslər eşidiblər.

Əraziyə pilotsuz uçuş aparatları və axtarış itləri də daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş 20-dən çox xilasetmə qrupu göndərilib.

Onlarla yanaşı, ərazidə axtarış əməliyyatlarına kömək etmək üçün silahlı qüvvələrin gözətçi qrupları və xüsusi təyinatlıları da iştirak edir.

Ərazinin mürəkkəbliyi, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də ərazidə qatı duman olması səbəbindən axtarış-xilasetmə işləri çətinləşib.

Qeyd edək ki, vitse-prezidentin başçılıq etdiyi İran hökumətinin nümayəndə heyəti Rəisi helikopterinin sərt eniş etdiyi yerə gedib.

“İran Prezidentini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib, xilasetmə işləri davam edir”, “Mehr” agentliyi qeyd edib.

Qeyd edək ki, bu gün İran Prezidentinin daşıyan vertolyot Varzeqan ictimai ərazisində "sərt eniş" qəzası keçirib. İran dövlət xəbər agentliyinin məlumatına görə, helikopterin sərnişinləri arasında Ayətullah Rəisi, Təbrizin imam cüməsi Ali-Haşim, xarici işlər naziri Hüseyn Əmirabdollahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa siyasi xadim də olub.

Rəisinin helikopterinin sərt eniş etdiyi yerdə 20-dən çox xilasetmə qrupu işləyir -
Müəllif: Ayna.az