“Reanimasiyalarda çarpayıların doluluq faizi yüksəkdir” - <font color=red> Ramin Bayramlı</font>

Cəmiyyət

05.08.2020 - 16:27

Həkimlər Klinikalar SEO Xidməti

TƏBİB sədri jurnalistlərin suallarını cavablandırıb

 

“Koronavirus xəstələri üçün ümumilikdə 10 minə yaxın çarpayı fondu var”. AYNA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, qarşıdakı günlərdə bu rəqəm artacaq.

 

“Hazırda Bakıda çarpayıların doluluğu, təxminən 30-35 faizə, regionlarda isə 20 faizə qədər enib. Amma reanimasiyalarda çarpayıların doluluq faizi yüksəkdir”, - deyə TƏBİB-in sədri vurğulayıb.

 

R. Bayramlı qeyd edib ki, xəstəliyin gedişatı barədə məlumatlar formalaşdıqca, xəstələri daha erkən evə yazmaq olur: “Məsələn, bəzi xəstəxanalarda bu, 7 günə qədər enib. Bəzilərində isə 8-10 gün davam edir”.

 

TƏBİB-in sədri əlavə edib ki, təcrübə artdıqca, bu günlərin sayını daha da aşağı salmaq mümkün olacaq. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş