Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Cəmiyyət

04.08.2020 - 00:39

Həkimlər Klinikalar SEO Xidməti

Ümumilikdə 32 684 nəfər virusa yoluxub, 27 760 nəfər sağalıb

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 3-nə olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 4 456 nəfər aktiv koronavirus xəstəsi var.

 

Onlardan 259 nəfər reanimasiyada, 62 nəfər isə süni tənəffüs cihazındadır.

 

Ümumilikdə 32 684 nəfər virusa yoluxub, 27 760 nəfər sağalıb.

 

Qeyd olunub ki, avqustun 3-də 5 874 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 744 837 test aparılıb.

 

Qeyd edək ki, son sutkada 241 koronavirusa yoluxma faktı qeydə alınıb, 6 nəfər dünyasını dəyişib, 647 nəfər sağalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş