Məmurların əmlak bəyannaməsi verməsi tələbi yenidən gündəmə gəlib

Cəmiyyət

28.06.2019 - 12:46

“Kiçikdən-böyüyə heç bir məmura mexanizmin işləməsi sərfəli deyil”

 

“Məmur balasının bahalı saat məsələsi bu gün də sosial şəbəklərin əsas mövzusudur. Hansı vəzifəli məmuru istəyirsiniz qaldıraq, arxasından milyonluq (bəzilərindən milyardlıq) sərvət çıxacaq”.

 

AYNA xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Rövşən Ağayev öz “Facebook” səhifəsində paylaşıb. “İllərdir bu ölkənin mütərəqqi düşünən bütün insanları deyirlər ki, vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi açıq olmalıdır. Hər kəs də bilir ki, bu sistem işləsə, varidatı gizlətmək çətin olacaq. Çünki alternativ informasiya mənbələri gizli əmlakları üzə çıxaran kimi artıq həmin vəzifəli şəxsin postunu tərk eləməkdən, məsuliyyətə cəlb edilməkdən savayı yolu qalmayacaq” – deyə o yazıb.

Ayna.az