Quş sürüsü təyyarənin gövdəsində nasazlıq yaratdı

Dünya

03.01.2021 - 18:21

İstanbul-Almatı marşrutu üzrə uçan yük təyyarəsi təcili eniş edib

 

“Türk Hava Yolları” aviaşirkətinə məxsus B777-F tipli yük təyyarəsi İstanbulun Atatürk adına Hava Limanından qalxdıqdan qısa müddət sonra geri dönərək təcili eniş edib. Bu barədə AYNA Türkiyə mediasına istinadən bildirir.

 

Xəbərdə bildirilib ki, təyyarənin enməsinə səbəb quş sürüsü ilə qarşılaşması nəticəsində gövdəsində yaranan nasazlıq olub.

 

Şirkətdən bu barədə verilən açıqlamada TK6220 saylı karqo təyyarəsinin İstanbul-Almatı səfərini yerinə yetirmək üçün hərəkət etdiyi bildirilib.

Müəllif: Ayna.az