“Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşının törətdiyi qəza ilə bağlı <font color=red> AÇIQLAMA</font>

Hadisə

05.07.2021 - 23:37

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə “Mercedes C klass” markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu nəticəsində baş verib

 

Abşeronda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yeni detallar məlum olub.

 

AYNA-nın xəbərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.az-a açıqlamasında bildirib ki, yol nəqliyyat hadisəsi Sumqayıt şəhər sakini Əliyev Emil Şahin oğlunun idarə etdiyi, 99-SP-611 dövlət nömrə nişanlı “Mercedes C klass” markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu nəticəsində baş verib: “Belə ki, “Mercedes C klass” yüksək sürətlə hərəkət edən zaman əks istiqamətli zolağa çıxıb və bu zaman “Nissan” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra “Mercedes” idarəetməni itirərək qarşıdan gələn “Mercedes Gelandewagen” markalı avtomobilə çırpılıb. Nəticədə “Nissan” markalı avtomobildə olan bir nəfər yüngül xəsarət alıb”.

 

Qeyd edək ki, bu gün Abşeronda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb. Hadisə Duz gölünün yaxınlığında baş verib. Belə ki, 90-HN-009 dövlət nişanlı “Mercedes Gelandewagen” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil əvvəlcə “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

 

Xatırladaq ki, “Mercedes Gelandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş