Bakı sakininin avtomobili evinin önündən oğurlanıb

Hadisə

24.08.2019 - 02:31

Polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb

 

Bakının Nəsimi rayonunda avtomobil oğurlanması faktı qeydə alınıb. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Alı Mustafayev küçəsi, 17 saylı binanın qarşısında baş verib.

 

Belə ki, paytaxt sakini, 1987-ci il təvəllüdlü Əliyev Bəhruz Əliağa oğlu ona məxsus olan 90-CB-171 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilini gecə saatlarında yaşadığı həmin binanın qarşısında saxlayıb. Bundan sonra avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb.

 

Avtomobilin oğurlanmasından səhər xəbər tutub. Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı polis orqanlarına müraciət edib. 

 

Əraziyə baxış keçirən polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Müəllif: Ayna.az