Qurban bayramında Türkiyədə 16 minə yaxın insan yaralanıb

Dünya

17.06.2024 - 12:48

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Xəsarətlərin səbəbi heyvanların qeyri-peşəkarlar tərəfindən kəsilməsi olub”

Müsəlmanların Qurban bayramının ilk günündə Türkiyədə 16 minə yaxın insan yaralanıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, xəsarətlərin səbəbi heyvanların qeyri-peşəkarlar tərəfindən kəsilməsi olub.

Yaralanma hallarının əksəriyyəti Ankarada olub - 1274 nəfər. Həmçinin İzmirdə 416 vətəndaş yaralanıb.

“TRT Haber” telekanalının məlumatına görə, qurban kəsmə zamanı yaralanan 918 nəfər İstanbul xəstəxanasına yerləşdirilib. İki nəfər ölüb.

Müəllif: Ayna.az