Qüds və Təl-Əvivdə partlayışlar baş verib

Dünya

09.10.2023 - 14:12

cedabet dərman SEO Xidməti

Şəhərlərdə raket hücumları xəbərdarlığını bildirən həyəcan siqnalları eşidilir

Qüds və Təl-Əvivdə raket hücumları xəbərdarlığını bildirən həyəcan siqnalları eşidilir. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, şəhərlərdə partlayışlar baş verib.

Partlayışların raket zərbələri və onların İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən havada vurulması nəticəsində baş verə biləcəyi ehtimal olunur.

Bundan əvvəl HƏMAS hərbi birləşməsinin Əl-Qəssam Briqadalarının Təl-Əviv və Qüds istiqamətində raketlər atdığı bildirilirdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş