Qubadlıda sursat aşkar edilib

Xəbərlər

02.04.2024 - 11:44

cedabet dərman SEO Xidməti

Yeddi əl qumbarası, dörd mərmi, 5 000-ə yaxın patron və digər sursat aidiyyəti üzrə təhvil verilib

Qubadlı rayonunda sursat aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Məmər kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər.

Yeddi əl qumbarası, dörd mərmi, 5 000-ə yaxın patron və digər sursat aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş