Qruşko: “NATO Rusiyaya qarşı hibrid müharibəyə başlayıb”

Dünya

04.04.2024 - 11:57

cedabet Klinikalar SEO Xidməti

Rusiyanın XİN başçısının müavini ölkəsinin NATO ilə münasibətləri pisləşdiyini açıqlayıb

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ölkə ilə NATO arasında münasibətlərdəki vəziyyəti dəyərləndirib. AYNA xəbər verir ki, Qruşko bu barədə “RİA Novosti”yə danışıb.

Qruşko Rusiyanın NATO ilə münasibətlərinin pisləşdiyini açıqlayıb və bunun “proqnozlaşdırılan və qəsdən” baş verdiyini vurğulayıb.

“NATO Rusiyaya qarşı hibrid müharibəyə başlayıb. Vaşinqton və onun peykləri qarşılıqlı əlaqəmizi və dialoq kanallarımızı kritik sıfır səviyyəyə endirmək üçün hər şeyi ediblər”, - nazir müavini qeyd edib.

Diplomat xatırladıb ki, 2014-cü ilin aprelində NATO ölkələri Alyansla Rusiya arasında mülki və hərbi xətt üzrə əməkdaşlığı dayandırmaq qərarına gəliblər. Bundan sonra rus diplomatları uydurma bəhanələrlə üç dəfə blokdakı daimi nümayəndəlikdən qovulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş