Qrossi: “İranın nüvə proqramına həlli yalnız diplomatiya ilə mümkündür”

Dünya

02.03.2026 - 17:49

MAQATE rəhbəri İranla bağlı münaqişənin bütün tərəflərini gərginliyin daha da artmasının qarşısını almağa çağırıb

“İranın nüvə proqramı ilə bağlı uzunmüddətli həll yolu yalnız diplomatiya ilə mümkündür”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi deyib.

O İranla bağlı münaqişənin bütün tərəflərini gərginliyin daha da artmasının qarşısını almaq üçün maksimum təmkin göstərməyə çağırıb: "Bütün hərbi əməliyyatlarda maksimum təmkin göstərməyə çağırırıq. İranın nüvə tənzimləyici orqanları ilə əlaqə saxlamaq cəhdləri davam edir, lakin hələlik heç bir cavab alınmayıb. Ümid edirik ki, bu vacib rabitə kanalı ən qısa zamanda bərpa olunacaq".

O hazırda İranın heç bir nüvə obyektinə dəyən ziyan və ya hədəflənmiş hücumlar barədə heç bir məlumatın olmadığını vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş