Qonşusunun evindən 20 min manat oğurlayan şəxs saxlanılıb

Xəbərlər

08.09.2021 - 15:09

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib

Göyçay rayonunun Potu kəndindəki evlərin birindən 20 min manat məbləğin naməlum şəxs və yaxud şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri əməliyyat-istintaq tədbirləri aparılıb. Keçirilən tədbirlər nəticəsində cinayət əməlini törədən şəxsin zərərçəkmişin qonşusu, Potu kənd sakini Şəmil Əmrahov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı pulları özünə məxsus bağ sahəsində ağacın dibində gizlətdiyini bildirib. Pullar həmin yerdən götürülüb və maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsinə cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş