Qonçarukdan Zelenskinin onunla bağlı qərarına reaksiya

Dünya

18.01.2020 - 19:18

Həkimlər Klinikalar SEO Xidməti

Ötən gün Qonçaruk istefa verdiyini açıqlayıb, lakin Zelenski onun istefasını qəbul etməkdən imtina edib

 

Ukrayna Baş Naziri Aleksey Qonçaruk Prezident Vladimir Zelenskinin onun istefasını qəbul etməməsinə münasibət bildirib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qonçaruk öz feysbuk hesabında qeyd edib ki, komandası onlara həvalə olunan məsuliyyəti dərk edərək bütün tapşırıqları yerinə yetirməyə və ölkədə sistematik dəyişiklikləri gücləndirməyə hazırdır.

 

Həmçinin, Baş Nazir hökumətin çətin və ağır iş görməli olduğunu da qeyd edib.

 

Xatırladaq ki, 35 yaşlı Aleksey Qonçaruk ötən il avqustun 29-dan bəri Ukrayna hökumətinə rəhbərlik edir. Bundan əvvəl Prezident Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.

 

Ötən gün Qonçaruk istefa verdiyini açıqlayıb, lakin Zelenski onun istefasını qəbul etməkdən imtina edib. Zelenski onunla görüşdə Nazirlər Kabinetinə fürsət verməyə hazır olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş