Qobustanda sel fəsadlar törədib

Hadisə

12.07.2020 - 13:36

Həyətləri su basıb, kəndin daxili yollarına və körpülərə zərər dəyib

 

Qobustan rayonunun Poladlı kəndinə yağan güclü yağışdan sonra sel suları bir sıra fəsadlar törədib. AYNA xəbər verir ki, həyətləri su basıb, kəndin daxili yollarına və körpülərə zərər dəyib.

 

Bundan başqa, kəndin qaz xətti sıradan çıxıb, elektrik və rabitə dirəkləri, meyvə ağacları aşıb, naqillər qırılıb.

 

Rayon fövqəladə hallar komissiyasının nümayəndələri kəndə gələrək sel sularının ziyan vurduğu ərazilərə baxıb, vətəndaşların müraciətini dinləyiblər. Selin törətdiyi fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb.

Müəllif: Ayna.az