“Qiyamət kilsəsi” açıldı

Dünya

24.05.2020 - 20:32

İnanclılar ən az 2 metrlik sosial məsafə saxlamalı, maskadan istifadə etməlidirlər

 

Qüdsdə yerləşən “Qiyamət kilsəsi” yenidən ibadətə açılıb. AYNA xarici mediaya istinadən bildirir ki, koronavirus səbəbindən 2 ay əvvəl qapılarını bağlayan kilsə bu gündən etibarən fəaliyyətini bərpa edib.

 

Kilsəyə koronavirus simptomlarını daşımayan şəxslər buraxılır, içəridə eyni anda 50 nəfərin ibadət etməsinə icazə verilir. İnanclılar ən az 2 metrlik sosial məsafə saxlamalı, maskadan istifadə etməlidirlər. Həmçinin kilsənin içərisindəki əşyalara toxunulması da qadağandır.

 

Qeyd edək ki, “Qiyamət kilsəsi” mart ayının sonlarında COVID-19 səbəbindən bağlanmışdı. 

Müəllif: Ayna.az