Köçən ailələrə evlərinin açarları təqdim edilib
Bu gün Qırmızı Bazar qəsəbəsinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub.
AYNA.AZ xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə daxil olmaqla qəsəbəyə qayıdan ailələrin sayı 67-yə (254 nəfər) çatıb.