“İsrail Silahlı Qüvvələri qaçırılan insanların ailələri ilə əlaqə saxlayır”
Qəzza zolağında olan girovların sayı azı 222 nəfərdir. AYNA xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Haqari deyib.
“İsrail Silahlı Qüvvələri qaçırılan insanların ailələri ilə əlaqə saxlayır”, - deyə o əlavə edib.
Haqari, həmçinin bildirib ki, hazırda Fələstinin radikal HƏMAS hərəkatının mindən çox tərəfdarı İsrail hərbçilərinin əlindədir.