Fələstin Səhiyyə Nazirliyi: “Qəzzada hücumların qurbanlarının sayı 8 min nəfəri keçib”
İsrailin Qəzza zolağının atəşə tutması və bombalaması ən azı 8 min insanın ölümünə səbəb olub. AYNA “Al Hadath”a istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən qeyd edilib ki, qurbanların yarısı uşaqlardır.
Bildirilir ki, son 24 saat ərzində ölənlərin sayı 300-dən çox artıb.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatı İsrailə hücum edib. Bundan əlavə, naməlum sayda terrorçu Qəzza zolağından İsrailin sərhəd bölgələrinə sızıb. İsrail hücumu müharibə adlandırıb və oktyabrın 10-da cavab olaraq Qəzza zolağında HƏMAS yaraqlılarının hədəflərinə irimiqyaslı zərbələr endirməyə başlayıb.