Həlak olan media nümayəndələrinins ayı 49-a çatıb
Qəzza zolağında hərbi eskalasiya başlayandan bəri bölgədəki vəziyyəti işıqlandıran 49 jurnalist öldürülüb. AYNA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Fələstin Jurnalistlər Birliyi Qəzza zolağında əlaqə kəsilən onlarla jurnalistin taleyindən narahatlığını bildirib. Təşkilat Beynəlxalq Qızıl Xaç Komitəsi və digər xarici qurumlardan jurnalistlərin müdafiəsini təmin etmək üçün müdaxilə etməyi istəyib.