“Orada çox ciddi qida çatışmazlığı problemi var, insanlar aclıqdan ölür”
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Sindi Makkeyn Qəzza zolağında ərzaqla bağlı vəziyyəti “fəlakətli” adlandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalına müsahibəsində Sindi Makkeyn deyib.
"Vəziyyət fəlakətlidir. Orada çox ciddi qida çatışmazlığı problemi var, insanlar aclıqdan ölür", deyə bildirib.
Makkeynin sözlərinə görə, ÜƏP Qəzzaya lazım olan miqdarda ərzaq təmin edə bilən ən böyük və yeganə təşkilatdır, lakin humanitar işlərə İsrail hərbçilərinin hərəkətləri mane olur.
Qəzza Səhiyyə Nazirliyinin son rəqəmlərinə görə, döyüşlər nəticəsində zolaqda həlak olan fələstinlilərin ümumi sayı 62 mini keçib. 157 mindən çox insan yaralanıb. Anklavın daha 270 sakini, o cümlədən 112 uşaq aclıqdan ölüb.