Qəzzada BMT-nin daha bir əməkdaşı öldürülüb

Dünya

24.05.2024 - 22:36

Həkimlər Klinikalar SEO Xidməti

BMT TŞ münaqişə zonalarında humanitar yardım işçilərinin və təşkilat əməkdaşlarının mühafizəsinə dair qətnamə layihəsini qəbul edib.

AYNA "Report"a istinadən xəbər verir ki, qanun layihəsi 15 üzvdən ibarət TŞ-də 14 lehinə səslə qəbul edilib, Rusiya səsvermədə bitərəf qalıb.

İsveçrənin BMT-dəki daimi nümayəndəliyinin Şuraya təqdim etdiyi qətnamə bütün dövlətləri humanitar işçiləri və BMT-nin əməkdaşlarına mühafizə etməyə çağırır.

Qeyd edək ki, Yaxın Şərqdə münaqişə başlayandan bu yana bölgədə fəaliyyət göstərən 194 humanitar yardım işçisi öldürülüb. BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzzada daha bir BMT əməkdaşının öldüyünü açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş