Qəzaya uğrayan təyyarədə "F-16"ların ehtiyat hissələri və texniki heyət olub

Dünya

12.11.2025 - 09:46

Heyət təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun olaraq bütün prosedurları yerinə yetirib

Azərbaycandan Türkiyəyə gedən "C-130" hərbi yük təyyarəsi Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayıb və 20 türk əsgəri həlak olub.

Göyərtədəki heyət üzvlərinin noyabrın 8-də hərbi paradda iştirak edən Türkiyənin "F-16" təyyarələrinin texniki işçiləri olduğu məlum olub.

AYNA.AZ "Haber Global"a istinadən xəbər verir ki, heyət təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun olaraq bütün prosedurları yerinə yetirib.

Təyyarə Gəncə hava limanında təxminən iki saat gözləyib. Bu müddət ərzində heyət göyərtədən və ya hava limanı ərazisindən çıxmayıb və təyyarəyə heç bir xarici müdaxilə və ya yaxınlaşma aşkar edilməyib.

Təyyarənin yalnız "F-16" qırıcılarının ehtiyat hissələri daşıdığı bildirilir. İlkin araşdırmalar heç bir partlayıcı qurğunun tapılmadığını və təyyarənin göyərtəsinə xarici təsir əlamətlərinin olmadığını göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş