Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu açıqlanıb
Qana Respublikasında iki sərnişin avtobusunun toqquşması nəticəsində dəhşətli qəza meydana gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 34 nəfər ölüb, 54 nəfər isə yaralanıb.
Belə ki, ölkənin cənubunda yerləşən Dompoase şəhəri yaxınlığında səhv istiqamətdə hərəkət edən avtobus qarşıdan gələn digər sərnişin avtobusuna çırpılıb.
Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu açıqlanıb.
Qeyd edək ki, Qana Respublikası Qərbi Afrikada dövlətdir. Qərbdə Kot dİvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunub.