“Qərbdə artıq heç kim Macarıstana güvənmir”

Dünya

03.06.2024 - 16:44

Həkimlər Klinikalar SEO Xidməti

Macarıstan müxalifəti Orbanı Avropanın “Troya atı” adlandırıb

Sağçı mühafizəkar “Jobbik” Partiyasının (Daha Yaxşı Macarıstan üçün Hərəkat) sədri Marton Dendyuşi hesab edir ki, Macarıstanın Baş naziri Viktor Orban Avropa siyasi kursu çərçivəsində Rusiya və Çinin maraqlarından çıxış edir. AYNA xəbər verir ki, bu barədə müxalifətçi “The Daily Beast” nəşrinə müsahibəsində bildirib.

“Orban Avropa İttifaqında “Troya atı” rolunu oynayır və maraqları Rusiya Prezidenti Vladimir Putinə və Çin rəhbəri Si Cinpinə satır”, – partiya lideri bildirib.

Partiya rəhbəri iddia edir ki, Qərbdə artıq heç kim Macarıstana güvənmir: “NATO Orbanla məlumat paylaşmır, Slovakiya və Avstriya sərhədə nəzarət edir və Macarıstan universitetləri qrantları, tədqiqat fondlarını və mübadilə proqramlarına çıxışı itirirlər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş