Seyf əl-İslam evinə soxulan dörd naməlum silahlı şəxslə "birbaşa qarşıdurma" zamanı güllələnib
Liviyanın sabiq diktatoru Müəmmar Qəddafinin oğlu, 53 yaşlı Seyf əl-İslam Liviyada Qəddafinin evində naməlum şəxslər tərəfindən güllələnib. AYNA.AZ xəbər verir ki, bu barədə BBC Əl-İslama yaxın olanlara istinadən məlumat yayıb.
Qeyd edək ki, Liviya diktatorunun oğlu 2011-ci ilə qədər ölkənin ən nüfuzlu şəxslərindən biri idi və 2021-ci ildə prezidentliyə namizədliyini irəli sürməyə çalışdı.
Siyasətçinin ətrafı bildirib ki, Seyf əl-İslam Qəddafinin Tripolidən 160 kilometr cənub-qərbdə yerləşən Zintan şəhərindəki evinə soxulan dörd naməlum silahlı şəxslə "birbaşa qarşıdurma" zamanı güllələnib. Kiçik Qəddafinin müşaviri Liviya televiziyasına verdiyi müsahibədə bildirib ki, dörd naməlum şəxs kameralarını sıradan çıxararaq Seyf əl-İslamı öldürüblər.
Xəbəri AFP-yə Liviyanın keçmiş liderinin oğlunun vəkili Marsel Çekkaldi təsdiqləyib. O bildirib ki, qətlin arxasında kimin dayandığı və ya hücum edənlərin motivləri hələ məlum deyil. Lakin vəkilin sözlərinə görə, təxminən 10 gün əvvəl Qəddafinin yaxın adamlarından biri ona "təhlükəsizliklə bağlı ehtiyatlı olmaq" tövsiyə edib.