İmtahana hazırlaşanlara kömək məqsədilə İnformatika fənnindən vəsaitin hazırlanması qərara alınıb
Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) informatika fənni üzrə işçi qrupunun iclası keçirilib. DİM-dən AYNA-ya verilən məlumata görə, gündəlik məsələ 2023-cü ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının və imtahan modelinin müzakirəsi olub.
Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan 5-11-ci sinif İnformatika dərsliklərinə baxılıb.
İclasda imtahanda mənimsənilmə səviyyəsi və qiymətləndirilməsi mümkün olan alt standartlar seçilib. Seçilmiş alt standartların tələblərinin reallaşdırılmasına dair mövzular dəqiqləşdirilib. İmtahana hazırlaşanlara kömək məqsədilə İnformatika fənnindən vəsaitin hazırlanması qərara alınıb.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
22 noyabr 2021-ci il tarixində müzakirələr davam etdiriləcək.