Qəbələdə qəza olub

Xəbərlər

20.10.2025 - 19:43

Hadisə nəticəsində üç nəfər xəsarət alıb

Qaraməryəm-İsmayıllı-Qəbələ avtomobil yolunun Qəbələ rayonunun Nohur göl ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, Qəbələ şəhəri istiqamətində hərəkət edən “VAZ 2106” markalı avtomobil əks istiqamətdə gedən “Opel” markalı avtomobillə toqquşub. Qəza nəticəsində avtomobillərdə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş