Qəbələdə dağlıq ərazidə yanğın

Hadisə

08.07.2020 - 15:16

Yanğının söndürülməsi üçün helikopterlər cəlb edilib

 

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib.

 

Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar