Bakıda zəncirvari qəza: 10-a yaxın şəxs xəsarət alıb - <font color=red> VİDEO</font>

Hadisə

01.12.2019 - 21:54

Qaradağda zəncirvari qəza baş verib 

 

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 42-ci kilomertliyində qeydə alınıb.

 

Belə ki, “Lexus” markalı “10 00 325” dövlət nömrə nişanlı avtomobillə “Hyundai” markalı “90 ZV 032” və “Mercedes” markalı “99 GS 623” dövlət nömrə nişanlı maşınlar toqquşub. Qəza zamanı 10 nəfərə yaxın insan xəsarət alıb.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Müəllif: Ayna.az