Qazaxıstanda uşaqlar arasında COVID-19-a yoluxma çoxalıb

Dünya

24.07.2021 - 12:08

Həkimlər Klinikalar SEO Xidməti

Bu ilin əvvəlindən 34 min uşaq koronavirusa yoluxub

 

Qazaxıstanda uşaqlar arasında koronavirusa yoluxma halları çoxalıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Acar Giniyat deyib.

 

Nazir müavini qeyd edib ki, bu ilin əvvəlindən 34 min uşaq COVID-19-a yoluxub. Bu, xəstələnmə sayının 4-5 dəfə artması deməkdir.

 

“Hazırda 558 uşaq stasionar müalicə alır. Bunlardan 13 yeni doğulmuş körpədə koronavirus infeksiyası müşahidə olunub”, - deyə Giniyat vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş