Saxlanılanlardan 4-ü Qazaxıstan vətəndaşı, biri əcnəbidir
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları terror fəaliyyətində şübhəli bilinən 4 respublika vətəndaşını və bir əcnəbini saxlayıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Komitənin Mətbuat Xidməti məlumat yayıb.
“Əməliyyatçılar terrorçuluq fəaliyyətlərində iştirak etməkdə, terrorizmi təbliğ etməkdə, ekstremist fəaliyyətləri təşkil etməkdə və bu məqsədlər üçün şəxsləri cəlb etməkdə şübhəli bilinən 4 Qazaxıstan vətəndaşı və 1 əcnəbini saxlayıblar. Şübhəlilərdən biri əvvəllər Qazaxıstanda mühakimə olunduğu xarici dövlətin ərazisində hərbi əməliyyatlarda iştirak edib. Daha iki nəfərə qarşı güclü narkotik vasitələrdən müntəzəm istifadə edilməsi barədə məlumatlar yoxlanılır”, - deyə Milli Təhlükəsizlik Komitəsindən bildirilib.