Qazaxıstanda prezident seçkilərinin yekun nəticəsi açıqlanıb

Dünya

22.11.2022 - 11:33

Həkimlər Klinikalar SEO Xidməti

Tokayev 81,31 faiz səslə yenidən Qazaxıstan Prezidenti olub

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb.

AYNA qazax mediasına istinadən bildirir ki, MSK hazırkı dövlət başçısı Kasım-Comart Tokayevin qalib gəldiyini elan edib.

Tokayev 81,31 faiz səs toplayaraq birinci olub.

Seçkilərdə 3,42 faiz səs toplayan Jiquli Dayrabayev ikinci pillədə yer alıb.

Xatırladaq ki, Qazaxıstanda 20 noyabrda növbədənkənar prezident seçkiləri keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş