Qazaxıstanda parlament seçkilərində seçici fəallığı 54 faizi ötüb
Qazaxıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
AYNA-nın xəbərinə görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 18.00-da ölkənin bütün ərazisində səsvermənin başa çatdığını açıqlayıb.
Seçki məntəqələrinin ölkənin 15 regionunda bağlandığı zaman seçici fəallığı 54,09 faiz olub. Digər regionlarda saat qurşağına əsasən, seçki məntəqələri 1 saat gec bağlanıb.
Qazaxıstan MSK növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini yerli vaxtla saat 22.00-da açıqlayacaq.