Qazaxıstandan Çinə gedən dəmir yolunun tikintisinə başlanılıb

Dünya

21.12.2023 - 12:25

cedabet dərman SEO Xidməti

Baxtı-Ayagöz yolunun uzunluğu 270 kilometr olacaq

Qazaxıstanın Baş naziri Əlixan Smailov Çinə yeni dəmir yolunun tikintisinə başlanıldığını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

Baş nazir qeyd edib ki, rekord həcmdə trafikə baxmayaraq, ölkənin nəqliyyat sistemindəki yük pik həddə çatıb: “Problem Çinə çəkilən yeni dəmir yolu xətti ilə həll olunacaq. Baxtı-Ayagöz layihəsinin həyata keçirilməsi Qazaxıstanın dəmir yolu şəbəkəsinin qlobal nəqliyyat sisteminə inteqrasiyasını da sürətləndirəcək”.

Qeyd edək ki, Baxtı-Ayagöz yolunun uzunluğu 270 kilometr olacaq və Qazaxıstan və Çin arasında keçid qabiliyyətini 28 milyon tondan 48 milyon tona çatdıracaq. Ölkələr arasında üçüncü sərhəd keçidinin tikintisi də planlaşdırılır.

Bundan əvvəl Qazaxıstan və Çin iki ölkə vətəndaşlarının turist və işgüzar səfərləri üçün vizasız rejim haqqında saziş imzalayıblar. Sənəd Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Çinə səfəri zamanı imzalanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş